Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünən baş tutan ilk raundun cavab oyunlarından sonra 17 cütlüyün tam tərkibi bəlli olub.

Qalib gələn 5 komanda iştirakçıları dəqiqləşməyən cütlərdə oynamaq hüququ qazanıb.

Bununla da gələn həftə start götürəcək mərhələnin bütün iştirakçıları, həm də cütlər rəsmiləşib. Azərbaycan çempionu "Qarabağ"ın Gürcüstan "Samtredia"sı ilə görüşəcəyi isə püşkatmadan bəlli idi.

Çempionlar Liqası
II təsnifat mərhələsi
(11-12/18-19 iyul)
APOEL (Kipr) - "Dudelanj" (Lüksemburq)
"Jalgiris" (Litva) - "Lüdoqorets" (Bolqarıstan)
"Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan)
"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro)
"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya)
"Şerif" (Moldova) - "Kukesi" (Albaniya)
"Astana" (Qazaxıstan) - "Spartak" (Latviya)
BATE (Belarus) - TNS (Uels) - "Europa" (Cəbəllütariq)
"Jilina" (Slovakiya) - "Kopenhagen" (Danimarka)
"Hapoel" (Beyer Şeva, İsrail) - "Honved" (Macarıstan)
"Riyeka" (Xorvatiya) - "Alaskert" (Ermənistan)
"Malmö" (İsveç) - "Vardar" (Makedoniya)
"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya)
"Dandalk" (İrlandiya) - "Rusenborq" (Norveç)
"Hafnarfyordur" (İslandiya) - "Vikinqur" (Farer adaları)
"Linfild" (Şimali İrlandiya) - "Seltik" (Şotlandiya)
"Mariehamn" (Finlandiya) - "Legiya" (Polşa)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində