"Zirə"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Astra" heyətini gücləndirir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Curcu təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Mateo Polyakı transfer edib.
Son komandası Avstraliya təmsilçisi "Nyukasl" olan 27 yaşlı futbolçu artıq Rumıniyaya yollanıb. Xorvatiyanın U-19 yığmasının sabiq üzvü azad agent olduğundan, bu keçid "Astra"ya havayı başa gəlib. Onun "Zirə" ilə oyunlar üçün iştirak ərizəsinə salınıb-salınmayacağına bu gün qərar veriləcək.
Qeyd edək ki, ölkəsində "Lokomotiva" və Zaqreb "Dinamo"sunun formasını geyinmiş Mateo Polyak 2012-2015-ci illərdə Avstraliya klubu "Sidney Uonderers"də çıxış edib və bu komandanın heyətində Asiya Çempionlar Liqasının qalibi olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində