Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.
Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya "Spartak"ı arasında matçla start veriləcək. Həmin gün Azərbaycan çempionu "Qarabağ" Gürcüstanda "Samtredia"nın qonağı olacaq.
İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək. Albaniyada baş tutacaq "Kukesi" - "Şerif" duelinin qalibi "Qarabağ"a rəqib olacaq.
Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
18 iyul
"Astana" (Qazaxıstan) - "Spartak" (Latviya) - 1:1
Qollar: Tvumasi, 59 - Vardanyas, 72
İlk oyun - 1:0
"Vardar" (Makedoniya) - "Malmö" (İsveç) - 3:1
Qollar: Krnçarov, 56, Barseqyan, 61, Nikolov, 90+1 - osenberq, 16 (pen.)
İlk oyun - 1:1
"Alaskert" (Ermənistan) - BATE (Belarus) - 1:3
Qollar: Nenadoviç, 18 - Qordeçuk, 23, 35, Volodiko, 78
İlk oyun - 1:1
"Samtredia" (Gürcüstan) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Gerye, 22
İlk oyun - 0:5
22:00. TNS (Uels) - "Riyeka" (Xorvatiya)
İlk oyun - 0:2
22:00. "Vikinqur" (Farer adaları) - "Hafnarfyordur" (İslandiya)
İlk oyun - 1:1
22:45. "Buduçnost" (Monteneqro) - "Partizan" (Serbiya)
İlk oyun - 0:2
Milli.Az