Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə şəhər sakinləri və şəhərin qonaqlarına həftə sonu istirahətlərinin maraqlı keçməsi məqsədi ilə "Retro Bakı" layihəyəsinə yenidən start veriləcək.

Milli.Az xəbər verir ki, bu il layihənin ilk açılış konserti iyulun 09-da saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq. Konsertdə tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, populyar müğənni İlqar Sahil və muğam müsabiqəsinin laureatı Konül Məmmədli çıxış edəcəklər. Həmçinin, rəqqas İlham Kərimlinin ifasında rəngarəng rəqs nömrələri təqdim olunacaq.

Qeyd edək ki, "Retro Bakı" konsertləri hər həftə sonu axsham saatlarında tanınmış müğənnilər və incəsənət xadimlərinin zəngin konsert proqramları ilə sizlərin görüşünə gələcəkdir.

Həftə sonu yolunuzu Fəvvarələr Meydanından salmağı unutmayın!

Milli.Az