Play Store

Avstraliyaya məxsus təyyarədə planlaşdırılan terror aktının qarşısı alınıb

Avstraliyanın Baş naziri Malkolm Ternbull bu ölkəyə məxsus təyyarədə planlaşdırılan terror aktı barədə məlumat verib.

Metbuat.az-ın məlumatına görə, baş nazir jurnalstlərə deyib:

“Sizə məlumat verə bilərəm ki, ötən axşam təyyarənin partladılması üçün planlaşdırılan terror aktının qarşısını almaq məqsədilə həyata keçirilən böyük antiterror əməliyyatı uğurla başa çatıb”. 

M.Ternbullun verdiyi məlumata görə, Sidneydə keçirilən reydlər zamanı dörd nəfər saxlanılıb. Baş nazir əlavə edib ki, Avstraliyanın bütün aeroportlarında əlavə təhlükəsizlik tədbirləri görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR