Avstraliyanın yerli mediası sərnişin təyyarəsini partlatmağı planlaşdıran şübhəlilərin həbs görüntülərini yayıb. Polis Sidney şəhərində beş ayrı evə basqınlar təşkil edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, dörd adamın nəzarətə alındığı əməliyyatın ardından polis Sidney şəhərində beş ayrı evdə axtarış aparıb.

Polisin partlayıcı qurğunun hazırlanmasında istifadə edilən bir çox maddə aşkar edib.

Yerli media qrupun təyyarəni partlatmaq planını İŞİD-dən ilhamlanaraq hazırladığını iddia edir.

"Sewen News" kanalının məlumatına görə, qrup kutar üsulla hazırlanan bombanı Sidneydən Orta Şərqə doğru gedən bir təyyarədə planlaşdırıb. Ehtimallara görə də uçuş Dubaya olacaqdı.

Planda təyyarədəki sərnişinləri kükürd qazı ilə zəhərləyərək öldürmək də olub. Planın bu hissəsini Suriyadakı İŞİD terrorçuları hazırlayıb.

Tutulanlar arasında olan ata ilə oğul Livan əsilli avstraliyalıdırlar.

Yerli media ayrıca nəzarətə alınan şübhəlilərin fotolarını da yayıb. Şübhəlilərdən birinin başını çarşab bənzəri ağ bir örtüklə bağladığı obyektivlərdən qaçmayıb.

Həbslərdən sonra hava limanlarında fövqəladə tədbirlər davam edir. Sərnişinlərin təhlükəsizliyi səbəbiylə uzun növbələr meydana gəlib.

Avstraliya polisi də hava limanlarındakı təhlükəsizlik tədbirlərini gücləndirib. Beynəlxalq agentliklər, hava limanlarında patrul gəzən polislərin fotolarını yayıb.

Qeyd edək ki, baş nazir Malkolm Turnbull təyyarəni patlatmaq planının qarşısını aldıqlarını həftə sonu açıqlamışdı.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dubaya uçan təyyarəni partlatmaq istədilər: terrorçulardan ikisi ata-oğuldur - VİDEO - FOTODubaya uçan təyyarəni patlatmaq istədilər: terrorçulardan ikisi ata-oğuldur