"Qarabağ"ın rəqibi bu klublardan biri olacaq

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada 20 komanda iştirak edəcək. Çempionlar yolunda mübarizə aparan Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.  

Tarixində ilk dəfə ÇL-in pley-offunda çıxış edəcək Qurban Qurbanovun komandası bu mərhələdə “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq. 

Qeyd edək ki, bu mərhələnin oyunları isə avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək. //Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR