UEFA-nın Növbədənkənar Konqresində bir sıra önəmli qərarlar qəbul olunub

UEFA-nın Növbədənkənar Konqresində bir sıra önəmli qərarlar qəbul olunub
13:27 20 Sentyabr 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Dünya futbolunda “transfer pəncərəsi”nin tənzimlənməsi konstruktiv qərarlar tələb edir”. “Report” xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino İsveçrənin Cenevrə şəhərində UEFA-nın 13-cü Növbədənkənar Konqresindəki çıxışı zamanı deyib.
O, bildirib ki, transfer sisteminin düzgün işləməsi üçün FİFA, UEFA, liqalar və klublar cavabdehdir. FİFA rəhbəri transferlər zamanı agentlərə ödəmələrin artdığını da vurğulayıb: “Biz yay “pəncərəsi” ərzində xərclərin əhəmiyyətli artımını – 1 milyard avroya yüksəlməsini müşahidə etdik. Bu, mənfi hal deyil. Daha çox bölüşdürmə məsələsidir. Eyni zamanda biz gördük ki, agentlərə ödəmələr artır, yetişdirilmiş oyunçulara kompensasiyalar isə yalnız enir”.
Konqresdə “Rusiya-2018”in təşkilat komitəsinin baş direktoru və Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin üzvü Aleksandr Sorokin FİFA Şurasına üzv seçilib.
Tədbirdə həmçinin, İngiltərənin “Arsenal” klubunun icraçı direktoru İvan Qazidislə İtaliya “Yuventus”unun prezidenti Andrea Anyellinin Avropa Klublar Assosiasiyasını (ECA) UEFA-nın İcraiyyə Komitəsində təsmil etmələrinə qərar verilib.
Digər qərara əsasən, Avropa Futbol Liqaları Assosiasiyası UEFA-nın İcraiyyə Komitəsində bir namizədlə təmsil olunacaq. Bununla bağlı Əsasnaməyə düzəliş edilib. İlk dəfə buna 2018-ci il fevralın 26-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Konqresdə riayət olunacaq.
Qeyd edək ki, toplantıda UEFA-nın Növbəti Konqresinin 7 fevral 2019-cu ildə İtaliyanın paytaxtı Romada keçirilməsinə qərar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-nin-novbedenkenar-konqresinde-bir-sira-onemli-qerarlar-qebul-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR