"Yuventus"la oyun ərəfəsində “Olimpiakos”un baş məşqçisi dəyişib

"Yuventus"la oyun ərəfəsində “Olimpiakos”un baş məşqçisi dəyişib
11:42 26 Sentyabr 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Yunanıstanın “Olimpiakos” futbol komandasının baş məşqçisi Besnik Hasi istefaya göndərilib.
“Report” Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsinə uğursuz nəticələr səbəbindən xitam verilib. Albaniyalı baş məşqçinin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son 3 oyununda qalib gələ bilməyib. Sonuncu turda isə "Olimpiakos" AEK-lə səfər matçında 2:0 hesabı ilə öndə olsa da, yekunda uduzub - 2:3.
Hazırda 8 xalla 4-cü pillədə qərarlaşan komandanın yeni baş məşqçisi də məlumdur. Bu, 4-cü dəfə “Olimpiakos”a rəhbərlik edəcək Takis Lemonisdir.
Qeyd edək ki, T.Lemonisin debüt matçı Çempionlar Liqasının II turuna təsadüf edəcək. “Olimpiakos” sentyabrın 27-də İtaliyada “Yuventus”un qonağı olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-la-oyun-erefesinde-olimpiakos-un-bas-mesqcisi-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR