"Azərbaycan multikulturalizmi" fənni daha iki xarici universitetdə tədris olunacaq

"Azərbaycan multikulturalizmi" fənni daha iki xarici universitetdə tədris olunacaq
13:27 26 Sentyabr 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycan multikulturalizmi" fənni bu ilin oktyabr ayından başlayaraq daha iki xarici ölkənin nüfuzlu universitetində tədris olunacaq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) "Report"a verilən məlumata görə, bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabr ayından dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakültəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.
İkinci universitet isə Yaponiyanın Hokkaydo Universitetidir. “Azərbaycan multikulturalizmi” fənnini Hokkaydo Universitetinin nəzdində fəaliyyət göstərən Slavyan Avrasiya Tədqiqatları Mərkəzində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru Əlibəy Məmmədovun tədris edəcəyi planlaşdırılır.
Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, bu gün layihə çərçivəsində Azərbaycanın 42, dünyanın 15 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycan-multikulturalizmi-fenni-daha-iki-xarici-universitetde-tedris-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR