Tələbələrin nəzərinə: Açıq sualların sayı artırılacaq

Azərbaycanda 2 ildən sonra tətbiq ediləcək yeni növ qəbul imtahanlarında açıq tipli test suallarının sayı daha da çox olacaq. 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahanda bu suallarla yanaşı, müxtəlif növ tapşırıqlar və yazı işləri də tətbiq ediləcək:

"İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarında iştirak edəcək. Buraxılış imtahanları 3 fəndən Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq. Bununla bağlı dünyada olan təcrübə öyrənilir".

M.Abbaszadə qeyd edib ki, son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı test istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq ipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test sualları istifadə edilib: " Yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq. Bu suallarla yanaşı imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, təhsil sistemindən bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik. Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”. // Trend

Qəbul zamanı 700 ballıq sistem saxlanılacaq - DİM sədri - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)