Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşının ölümündən əvvəl çəkilmiş son görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, Kim Çen Nam Kuala Lumpur hava limanında huşsuz vəziyyətdə liftə mindirilərkən təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Görüntülər Yaponiyanın “Fuji TV” televiziyası tərəfindən yayımlanıb.
Qeyd edək ki, Kim Çen Nam 13 fevral tarixində Malayziyanın paytaxtı Kuala Lumpurdakı hava limanında iki qadın tərəfindən “VX” qazı vasitəsilə zəhərləndirilərək öldürülmüşdü.
Zümrüd