Kasilyasın rekordu qırıldı - ÇL-də

Kasilyasın rekordu qırıldı - ÇL-də
14:37 19 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"lə ev qarşılaşmasında (0:1) Çempionlar Liqasında ilk oyununu keçirən "Benfika"nın qapıçısı Mile Svilar rekorda imza atıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində debüt edən belçikalı qolkiper ÇL-də şans qazanan ən gənc qapıçı olub. O, 18 yaş 52 günlüyündə bu turnirdə debüt şərəfinə nail olub.

Svilar bununla, hazırda "Portu"nun şərəfini qoruyan ispaniyalı qapıçı İker Kasilyasın rekordunu qırıb. Belə ki, Kasilyas 1999-cu ildə, 18 yaş 117 günlüyündə "Olimpiakos"la matçda ÇL-də ilk oyununu keçirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR