Messinin çeynədiyi həbin sirri açıldı - FOTO

Messinin çeynədiyi həbin sirri açıldı - FOTO
19:57 19 Oktyabr 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi Avropa kuboklarında 100-cü qolunu vurub. O, dünən "Olimpiakos"la Çempionlar Liqası matçında (3:1) fərqlənməklə Kriştiano Ronaldodan sonra qitə miqyaslı klub turnirlərində 100 qol vuran ikinci futbolçu olub.

Messi bu göstəriciyə 122 matçda nail olub. O, 97 qolu Çempionlar Liqasında, 3 qolu isə UEFA superkubokunda vurub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, dünyanın ən yaxşı futbolçusu sayılan Messinin "Olimpiakos"la matçın 11-ci dəqiqəsində bir həb alıb onu çeynəməsi diqqətdən yayınmayıb. Çoxu bu həbin tərkibinin nədən ibarət olduğunu düşünür. Artıq sosial mediada bu yöndə müzakirələr də başlayıb.

Kataloniyanın "Ricard Torquemeda" radiosu məsələyə aydınlıq gətirib. Radionun araşdırmasının nəticəsi belə olub ki, Messinin istifadə etdiyi həb qlükoza tərkiblidi. Həbdən istifadənin yeganə səbəbi isə argentinalı ulduzun enerji səviyyəsini yüksək həddə saxlamaqdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR