Futbolçunun evini soydular

Futbolçunun evini soydular
16:13 20 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanın “Olimpiakos” futbol klubunun üzvü Emenike soyğunçuların hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, “Olimpiakos” dünən gecə Çempionlar Liqası qrup mərhələsi çərçivəsində “Barselona”nın qonağı olub. Matçın heyətində yer almayan Emenike Kataloniyaya getməyib. Axşam gəzməyə çıxan futbolçuya matçdan sonra ikinci zərbə soyğunçulardan gəlib.

Kimliyi hələ də məlum olmayan soyğunçular futbolçunu uzun müddət izləyib və evdən çıxandan dərhal sonra balkondan girərək evdə olan bütün pul və zinət əşyalarını götürüblər. Futbolçu yalnız evə qayıtdıqdan sonra hadisədən xəbərdar olub və dərhal polisə xəbər verib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR