Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin istefa verməsi Ərbil və bütün İraqda çalxalanmaya səbəb olub.
Metbuat.az xəbər verir ki, "Reuters" xəbər agentliyi Bərzaninin istefa məktubunun yerli parlamentdə təsdiqindən sonra Peşmərgələrin parlament binasına basqın etdiyini bildirib.
Müxalif yönümlü Goran hərəkatının Tvitter hesabından bildirilib ki, bəzi millət vəkilləri binada köməksiz qalıb. Yerli mənbələrin məlumatına görə, onlar artıq təxliyə edilib.
İraqın Duhok şəhərinin Zaho rayonunda Kürdüstan Yurdsevərlər Birliyi və Goran hərəkatına aid binalar yandırılıb.
Aysel Yaqubqızı / Metbuat.az