Səudiyyə Ərəbistanı hökuməti qadınlara qarşı tətbiq olunan bəzi qadağaları aradan qaldırmağa başlayıb.
Metbuat.az xəbər verir ki, ölkənin idman nazirliyi gələn ildən etibarən Riyad, Ciddə və Dammam şəhərlərindəki stadionlarda təşkil olunan yarışlara qadınların ailəvi qatıla biləcəyini açıqlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçən ay qadınların avtomobil idarə etmək qadağası aradan qaldırılıb.
Aysel Yaqubqızı / Metbuat.az
Şimali İraqda parlament binasına silahlı hücum - Partiya binaları yandırılır...