"Atletiko"nun futbolçusu Filipe Luis zədələnib.
Metbuat.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Qarabağ"la oyunda (1:1) ombasından zədə alıb. Onun zədəsinin bərpa müddəti hələ dəqiqləşməyib.
Qeyd edək ki, F.Luis Ağdam klubuna qarşı görüşdə 90 dəqiqə meydanda olub.