Malayziyada sərnişin avtobusu aşıb, 27 nəfər xəsarət alıb
Paylaş
73 baxış·1 dəq oxu
Bakı. 5 noyabr. REPORT.AZ/ Malayziyanın Sunqai Petani şəhərində paytaxt Kuala-Lumpura gedən sərnişin avtobusu yol qəzasına uğrayıb. "Report" "The Straits Times" nəşrinə istinadən xəbər verir ki, avtobus yol ilə hərəkət zamanı yolayrıcı maneəyə çırpılıb və dərəyə yuvarlanaraq çevrilib. Qəza zamanı avtobusda 55 nəfər olub, onlardan 27-si yaralanıb, 4 nəfərin xəsarəti ağırdır.