Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-na keçən gecə Banqladeşin şimal-qərbində tüğyan edən güclü qasırğa nəticəsində ən azı 35 nəfər həyatını itirib, yüzdən artıq insan isə xəsarət alıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, qasırğa İndoneziyanın paytaxtı Dəkkə şəhərindən 200 kilometr aralıda yerləşən Boqra dairəsinin müxtəlif ərazilərini əhatə edib. Yerli administrasiyanın başçısı Şafikur Rəhman ilkin məlumatlara görə 30 min evin uçduğunu, yolların və kommunikasiyanın ciddi dağıntılara məruz qaldığını bildirib.
Boqra dairəsinin təbii fəlakətdən daha çox zərər çəkən rayonlarına çevik reaksiya xidmətləri göndərilib, yolların bərpa edilməsinə sərhəd qoşunlarının hissələri cəlb olunub.