Gurcustana press-tur: dag xizeyi idmaninin vizit vereqi, mineral sular diyari, Rabat qalasi ve gunesli Batumi

Gurcustana press-tur: dag xizeyi idmaninin vizit vereqi, mineral sular diyari, Rabat qalasi ve gunesli Batumi
10:03 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Baki, 7 aprel, AZERTAC
Gurcustanin muasir qis kurortu Qudauri yerli dag xizeyi idmaninin bir nov vizit vereqidir. Boyuk Qafqaz sira daglarinin cenub yamaclarinda, gunesde berq vuran qarli zirveler ve derin yarganlar arasinda yerlesen Qudauri Gurcustana press-turda ucuncu dusergemiz oldu.
AZERTAC xeber verir ki, Gurcustanin diplomatik numayendeleri terefinden teskil edilmis press-turda Azerbaycan, Qirgizistan, Belarus, Qazaxistan ve basqa olkelerden olan jurnalistler istirak edirdi. Azerbaycan KIV-lerinin doqquz numayendesi bu press-tur cercivesinde Tbilisi, Mtsxeta, Qudauru, Borjomi ve Batumi seherlerinde oldu. Press-turda Azerbaycan Dovlet Informasiya Agentliyini – AZERTAC-i multimedia ve videoxeberler sobesinin muxbiri temsil edirdi.
Qudauri dag xizeyi kurortu yaradildigi vaxtdan trasdankenar surusme imkani ile butun dunyada meshurdur. Frirayd Qudaurinin bir nov vizit kartidir. Bayram gunlerinde, meselen yeni il tetillerinde buraya turistlerin guclu axini musahide olunur. Kurortun etrafinda bekkantri ve xeli-ski ucun saysiz hesabsiz transdankenar enisler var.
Biz Qudauriye gelende yagan narin qar, gunesin parlaq sefeqleri daglarin zirvelerinde esrarengiz menzere yaradirdi. Yolumuz ise Gurcustanin cenub-serqinde, Kur cayinin mecrasinda yerlesen meshur mineral sular diyarina – Borjomi seherine idi. Tecrubeli turistler yaxsi bilirler ki, Borjomi seheri tekce sovet dovrunden qalma mualice ocagi olmasi ile deyil, hem de nadir tebii seraiti ile ferqlenir. Yerli sakinler ve qonaqlar butun ilboyu bol isiq, temiz dag havasi, mulayim temperatur musahide olunan bu heyretamiz diyari cox xoslayirlar. Turistlerin sozlerine gore, onlar Borjomini mehz balneoloji kurort kimi taniyirlar ve buraya tekce istirahet etmek ucun deyil, hem de muxtelif xesteliklerden mualice olunmaq ucun uz tuturlar.
Press-tur cercivesinde Borjomide yolustu olduq. Esas marsrutumuz Axalsixe seherine idi. Burada vaxtile Axalsixe hokmdarlarinin sarayi olmus boyuk Rabat qalasina getmeli idik. Rabatda gurculerin qedim yasayis meskenleri olmus, bu xalqin ince bedii zovqunden xeber veren zallar diqqeti celb edir. Indi Rabatdan yalniz qedim hamam ve bir nece binanin xarabaliqlari qalib. Qala ozu hundur qaya massivi uzerinde tikilib. Bu kompleksde tarixi qalalar, qulleler, kilseler, hucre ve mescidlerden elave, muxtelif tipli muasir muessiseler - turizm-informasiya merkezi, restoran, kafe, suvenirler ve paltar satilan magaza, muzey, nikah evi ve sair obyektler var.
Gurcustana press-turun son menteqesi gunesli Batumi oldu. Batuminin unikalligina delalet eden amillerden biri onun Roma uslubunda planlasdirilmasidir. Bir-birine paralel yerlesen kuceler seherin bir nov kvadratlara bolur. Burada azmaq praktiki olaraq mumkun deyil. Kucelerdeki binalar denizden baslayaraq nomrelenir.
Denizkenari medeniyyet ve istirahet parki ve ya yerli sakinlerin tebirince desek, Bulvar Batumi sakinlerinin fexridir. Yaxin gelecekde Bulvarin genislendirilmesi nezerde tutulur. Seherin sahilyani zolagi boyunca yerlesen Bulvar sakinlerin sevimli istirahet yerine cevrilib. Yeri gelmisken, buradan sehere tamasa edende fusunkar bir menzere yaranir: Yasil buruna qeder butun liman ovuc ici kimi gorunur.
Press-tur barede qeydlerime noqte qoymazdan evvel vurgulamaq isterdim ki, Batumi Avropa ile Asiyanin sintezinin parlaq numunesidir, Gurcustan ozu ise esl Qafqaz mentalitetini - insanlara sevgi ve qonaqperverlik duygularini qoruyub saxlaya bilib.
Kamilla Eliyeva
AZERTAC-in muxbiri
Baki











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustana_press_tur_dag_xizeyi_idmaninin_vizit_vereqi_mineral_sular_diyari_Rabat_qalasi_ve_gunesli_Batumi-844125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR