Futbol üzrə Avstraliya yığma komandasının baş məşqçisi Anqelos Postekoqlu vəzifəsindən istefa verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis Sidneydə keçirilən mətbuat konfransında məlumat verib. Postekoqlu yığmaya 2013-cü ilin oktyabrında baş məşqçi təyin olunub.

Avstraliya millisi onun rəhbərliyi altında Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb. Komanda "play-off" matçında Hondurası mübarizədən kənarlaşdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində