Prezident İlham Əliyev M.Ə.Musayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC- a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Madər Ələsgər oğlu Musayev "Şərəf" ordeni ilə təltif edilsin".
Milli.Az