​Türkiyədə bu gün matəmdir - Bir günlük

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki terror hücumuna görə bu gün Türkiyədə matəm elan edilib.

Metbuat.az-ın məlumatına görə, Baş Nazirliyin yazılı açıqlamasında deyilir ki, Misirdəki terror hücumunda həyatını itirənlərə kədəri ifadə etmək üçün ölkədə bir günlük matəm elan olunub.

Verilən qərara görə, bu gün ölkənin hər yerində, eyni zamanda xaricdəki dipolmatik korpuslarda bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, cümə günü Misirdəki məsciddə törədilən terror aktı nəticəsində 300 nəfərdən çox adam həyatını itirib. Həlak olanlardan 27-i uşaqdır. 128 nəfər isə xəsarət alıb.

Günay Elşadqızı / METBUAT.AZ

Almaniya hərəkətə keçdi - Yeni departament yaradıldı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR