Prezident İlham Əliyev Flora Qasımovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova "Şöhrət" ordeni ilə təltif edilsin.

Milli.Az