Hindistanın Mumbay şəhərində içərisində restoran və mağazaların olduğu “Kamala Mills” adlı binada yanğın çıxıb.

Metbuat.az xəbər verir ki, restoranın damında başlayan yanğın nəticəsində 14 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Yerli medianın məlumatına görə, ölənlərin çoxu qadınlardır.

Yanğının başvermə səbəbi araşdırılır.

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/862575/olenlerin-sayi-12-nefere-catib.html