Türkiyənin Çamlıdərə ərazisində sərnişin avtobusu qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, “Kamil Koç” firmasına aid İstanbul-Ankara sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Avtobusdakı sərnişinlərdən 2-si qəza yerində ölüb. 20 nəfər isə ağır yaralanıb.

Yaralılar dərhal xəstəxanalara aparılıb.

Polis fakta bağlı araşdırmaya başlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Hindistanda məşhur binada yanğın -14 ölü, 6 yaralı (FOTOLAR)