“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Sidney Universitetində işləyən alimlər qrupu tərəfindən hazırlanmış yenilik əsl inqilab sayıla bilər. Keramikdən hazırlanmış 3D implant sümük sınıqlarını bir yerdə bərkidərək sonradan təbii sümüyə çevrilir.
İmplant artıq dovşanlarda sümük sınıqlarının bərpası zamanı özünü yaxşı tərəfdən göstərib. Bundan başqa, yaxın vaxtlarda qoyunlar üzərində aparılmış analoji sınıqlar zamanı qeydə alınmış nəticələr dərc ediləcək. Sınaqlarda iştirak etmiş 8 heyvanın hər birində sümük sınıqlarının bərpası uğurla keçib.
Emil Hüseynov