Bakı. 31 dekabr. REPORT.AZ/ Avstraliyada, Sidney şəhəri yaxınlığında "Sydney Seaplanes" şirkətinə məxsus hidro-təyyarə çaya düşərək qəzaya uğrayıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, nəticədə təyyarədə olan altı nəfər - pilot və 5 sərnişin həlak olub.
Hadisə Bakı vaxtı ilə, bu gün saat 08:15 radələrində baş verib. Təyyarə Sidneydən şimalda Yeni Cənubi Uels ştatında Hoksberi çayına düşüb.