10(-35) instalyasiyası, Faiq Əhməd

13 dekabr 2017 - 31 yanvar 2018

"Kapellhaus", Bakı, Azərbaycan

13 dekabrdan etibarən Faiq Əhmədin Kapellhaus-da təqdim olunan "10(-35) " adli sərgisi ilə əlaqədar olaraq 17 yanvar, saat 19:00-da rəssamla görüş təşkil ediləcəkdir. Görüşdə Goethe - Mərkəzinin Bakı direktoru cənab Alfons Hug və sərginin kuratoru Əsli Səmədova rəssamla onun sənəti və ilham mənbələri barədə danişacaqlar.

Faiq Əhməd-xalça konsepsiyasının yenidən mənalandırılmasına görə məşhurlaşan, Azərbaycanın ən sayılıb-seçilən rəssamlarından biridir. İlk əvvəl, XIX əsrin sonları XX əsrin əvvəllərinə aid olan ənənəvi xalça naxışlarının rəqəmsal deformasiyasını əks etdirən erkən əsərlərini ərsəyə gətirmək məqsədilə toxucular və xalçaçılar axtaran zaman, o, Azərbaycanın milli irsi hesab edilən xalçaçılıq sənətinə qarşı aparılan bu cür eksperimentlər, müəyyən skeptisizmlə qarşılanmışdı. Görüşdə rəssam Alman-Azərbaycan Mədəniyyət Birliyi - "Kapellhaus"ın binasında "10(-35)"-in geinşmiqyaslı quraşdırma prosesi barədə məlumat verəcəkdir.

Təqdim olunan iş Faiq Əhmədin Alman-Azərbaycan Mədəniyyət Birliyində "Kapellhaus"da quraşdırılmış "10(-35)"adlı genişmiqyaslı xalça instalyasiyası, rəssamın Bakıda ictimaiyyətə nümayiş etdirilən ən böyük sənət əsərlərindən biridir. Xalçanın uzunluğu təxminən 15 metrdir və o, üç müstəviyə bölünür.

Faiq Əhməd ilə görüş Almaniya Federativ Respublikasının bir cox ölkələrdə mədəniyyət qurumu olaraq fəaliyyət göstərən Goethe İnstitutunun Goethe Baki Mərkəzinin dəstəyi ilə rəssamlarla keçirilən "Dialoqlar" silsiləsindən birnincisidir. Təşkilatın fəaliyyəti xaricdə alman dilinin tədrisinin və mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsinə yönəlmişdir.

"10(-35)" sərgisi yanvar ayının sonuna qədər davam edəcəkdir. 20 Yanvar günü sərgi bağlı olacaqdır. İş günləri: cümə axşamından bazar gününə qədər (IV- VII) saat 12:00-dan 20:00-dək. Giriş sərbəstdir. Əlavə məlumat üçün əlaqə tel.: +994124938041

"10 (-35)" instalyasiyasının fraqmenti

İnstalyasiyada "Salyan Quşlu" xalça kompozisiyasından istifadə edilib. Ölçüləri uzun və dar olur. Xalıların üzərində səkkizguşəli formalı medalyonlar və cütləşmiş quş fiqurları - "səmavi quşlar" kimi tanınan, üslublaşdırılmış tovuz quşlarının təsviri vardır.

Sərgidən çəkilmiş əlavə fotolara aşağıdakı linkdə baxa bilərsiniz:

http://bit.ly/2AwVN1Y

Qısa bioqrafiya:

Faiq Əhməd 1982-ci ildə Azərbaycanın 3-cü ən böyük şəhəri olan Sumqayıtda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsini bitirib.

Faiq Əhməd, ənənəvi dekorativ sənət və xalçaların "vizual dilindən" ilhamlanan konseptual əsərlərinə görə məşhurdur. Onun əsərləri, ənənələr və stereotipləri alt-üst edərək, qədim sənətləri yenidən mənalandırır və yeni vizual sərhədlər yaradır.

Faiq Əhməd öz əsərlərini dünyanın bir çox yerlərində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Moskva, Mumbay, Roma, Sidney və Dubayda keçirilən bir sıra qrup və fərdi sərgilərdə nümayiş etdirib.

2007-ci ildə, o, Azərbaycanı Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib və 2013-cü ildə Venesiya Biennalesində "Love Me, Love Me Not" adlı qrup sərgisində iştirak edib. 2013-cü ildə, rəssam Londonun tanınmış Viktoriya və Albert Muzeyinin "Jameel Prize 3" mükafatına layiq görülüb. Son illərdə, Faiq Əhmədin əsərləri Boston Təsviri Sənət Muzeyi, Belvyu İncəsənət Muzeyi, Klivlend Müasir İncəsənət Muzeyi, Miluoki Rəssamlıq və Dizayn İnstitutu, Sidney Tətbiqi İncəsənət və Elmlər Muzeyi və Hobart şəhərində (Avstraliya) yerləşən Qədim və Müasir İncəsənət Muzeyində (MONA) nümayiş etdirilib. Faiq Əhmədin "Points of Perception", Roma Müasir İncəsənət Muzeyi (2016), "Nə var, odur", YARAT Müasir İncəsənət Mərkəzi (2016), habelə 2017-ci ildə Boras (İsveç) yerləşən Toxuculuq Muzeyində "Equation" adlı fərdi sərgiləri keçirilib.

Faiq Əhmədin əsərləri Los-Anceles Dairəsinin İncəsənət Muzeyində, Sietl İncəsənət Muzeyi, "Palm Springs" İncəsənət Muzeyi, RISD Muzeyi, "Chrysler" İncəsənət Muzeyi (ABŞ), "Bargoin" Muzeyi (Fransa), Viktoriya Milli Qalereyasının (Avstraliya) ictimai kolleksiyalarında, həmçinin, bir sıra digər kolleksiyalarla yanaşı, Qərb Kolleksiyası (Filadelfiya), Bet Rudin De Vudi kolleksiyası (Nyu-York), Galila Barzilaï-Hollander kolleksiyası (Brüssel), Zati-aliləri Şeyx Zayed bin Sultan Xəlifə Əl-Nahyanın (BƏƏ) şəxsi kolleksiyalarında saxlanılır.

Faiq Əhməd Bakıda yaşayır və fəaliyyət göstərir.

Linklər:

Rəssamın vebsaytı: www.faigahmed.com

Victoria & Albert Museum: http://www.vam.ac.uk/content/exhibitions/exhibition-jameel-prize/jameel-prize-3-inside-the-exhibition/

The Guardian: https://www.theguardian.com/artanddesign/2016/nov/13/magic-carpet-art-faig-ahmed-rugs-azerbaijan?CMP=share_btn_fb

NY Times: https://www.nytimes.com/2016/05/10/t-magazine/design/artist-faig-ahmed-azerbaijancarpets.html?module=RelatedArticleList&slideshowTitle=Faig+Ahmed%E2%80%99s+Mind-Bending+Carpets¤tSlide=3&entrySlide=1&action=click&version=SlideCard&_r=0

Wall Street International: http://wsimag.com/art/22062-source-code

Əlaqə üçün:

Əsli Səmədova, sərgi kuratoru,

aslisamadova@gmail.com

Olqa Selyeznyova, rəssamın meneceri

olga@faigahmed.com

Sərgidən çəkilmiş əlavə fotolara aşağıdakı linkdə baxa bilərsiniz:

http://bit.ly/2AwVN1Y