Əvvəlcə kötük olduğunu düşündü, yaxınlaşdıqda isə...

Avstraliyanın Yeppon şəhərində dəniz sahilində tapılan və nə olduğu təsbit edilə bilməyən sirli məxluq hər kəsin marağına səbəb olub.

Metbuat.az xəbər verir ki. dənizlərdə yaşayan canlıların çox az bir qisminin kəşf edildiyi və təsnif edildiyi elmə məlumdur. Buna baxmayaraq dənizlərin dərinliklərində daha əvvəl heç görmədiyimiz qəribə canlıların yaşadığı da söylənilən əsas fikirlərdəndir. Məhz o canlı namizədlərdən biri ötən günlərdə Avstraliya sahillərində tapılıb.

Gözləri olmayan və delfini xatırladan sirli məxluqu görən Sherry Simons, əvvəlcə, bunun bir kötük olduğunu düşünüb. Yaxına getdikdən sonra onun bir canlı heyvan olduğunu hiss edib.

Ən maraqlısı isə canlının gözlərinin olmaması olub.

Tapdığı heyvanın nə olduğunu bilməyən Sherry Simons, aidiyyatı qurumlara xəbər verib.

Elm adamları hazırda araşdırmalar aparılır və heyvanın hansı növ dəniz canlısı olduğu hələki açıqlanmayıb.

Sərdar Məmmədov / Metbuat.az

Qızıl yenidən bahalaşdı - SON QİYMƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR