2017-ci ildə kriptovalyutaların ən çox istifadə olunduğu şəhərlərin reytinqi açıqlanıb.

Beynəlxalq Kriptovalyuta və Blokçeyn Assosiasiyasının tərtib etdiyi reytinqdə "kriptopaytaxt" adını Nyu-York əldə edib.

Milli.Az moneta.az-a istinadən bildirir ki, Kuala-Lumpur və Sinqapur da kriptovalyutaların ən çox işləndiyi şəhərlər arasında yer alıb.

Dünya kriptopaytaxtlarının ilk onluğuna həmçinin Los-Anceles, Dubay, Cakarta, Honkonq, Sidney və Dehli də daxil olub.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin