Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşib

Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşib
23:22 21 Fevral 2018
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.
"Report" xəbər verir ki, bu, Rusiyanın MOİK klubudur.
"Hərbçilər" 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" komandasını mübarizədən kənarlaşdırıbдфк. Moskvada təşkil olunmuş cavab qarşılaşmasında MOİK 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu ilk yarının sonlarında Alan Zaqoyev vurub.
Bu komandalar arasında bir həftə əvvəl Btlqradda baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşdığı üçün iki oyunun yekununda MOİK mərhələ adlayıb.
Avropa Liqası, 1/16 final, cavab oyunu
21:00. MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda” (Serbiya) - 1:0
Qol: Alan Zaqoyev, 45
Baş hakim: Manuel De Souza (Portuqaliya)
İlk oyun - 0:0
Qeyd edək ki, 1/8 final mərhələsinə daha 15 vəsiqənin sahibi fevralın 22-də müəyyənləşəcək.








Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinda-ilk-1-8-finalci-mueyyenlesib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR