Avropa Liqasında ilk 1/8 finalçı məlum oldu

Avropa Liqasında ilk 1/8 finalçı məlum oldu
23:28 21 Fevral 2018
67 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.

Publika.az xəbər verir ki, bu, Rusiyanın MOİK klubudur.

"Hərbçilər" 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" komandasını mübarizədən kənarlaşdırıblar. Moskvada təşkil olunmuş cavab qarşılaşmasında MOİK 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu ilk yarının sonlarında Alan Zaqoyev vurub.

Bu komandalar ilk oyunu 0:0 hesabı ilə yekunlaşmışdı.

Avropa Liqası, 1/16 final, cavab oyunu

21:00. MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda” (Serbiya) - 1:0

Qol: Alan Zaqoyev, 45

İlk oyun - 0:0

Qeyd edək ki, 1/8 final mərhələsinə daha 15 vəsiqənin sahibi fevralın 22-də müəyyənləşəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/232027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR