Qrant almaq istəyən məktəblərlə görüş keçirildi

2018-ci il üzrə elan edilmiş "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi" ilə əlaqədar maarifləndirici görüş təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Metbuat.az-a verilən məlumata görə, görüşdə məlumat verilib ki, Təhsil nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və müvafiq təhsil ocaqlarında çalışan pedaqoji işçilər qatıla bilər. 9 mövzu üzrə təşkil olunan müsabiqədə iştirak etmək üçün www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədlər sistemə yüklənməlidir. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Hər iki kateqoriya üzrə layihələrin icra müddəti 3-12 aydır. Fevralın 14-dən martın 5-dək qəbul edilən layihələrin icrasına aprelin 15-dən başlanacaq. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.

Qeyd edək ki, "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi"nin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Bakıda şirniyyat sexində yanğın olub - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR