Bakıda şirniyyat sexində yanğın olub

Bakının Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb.

Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, sexin lambirdən ibarət tavanı yüksək temperaturdan 200 m² sahədə əriyib.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xarici valyutaların manata qarşı - Məzənnələri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR