Növbəti TOEFL IBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL IBT imtahanı keçiriləcək.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TOEFL IBT imtahanı 2018-ci il martın 3-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:15-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

Satıcının yerində olmamasından istifadə etdi və... - Anbaan VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)