Dünya bu heyvandan danışır

Braziliyanın San-Paulo şəhərində inanılmaz hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, 59 yaşlı adam 4 ay bundan əvvəl küçədə gedərkən bıçaqlanıb və xəstəxanaya yerləşdirilib. Bir müddət sonra isə dünyasını dəyişib. Ən maraqlısı isə həmin şəxsin bıçaqlandığı gündən etibarən xəstəxananın qabağında bir itin peyda olması olub. Ölən şəxsin yaxınları itin həmin şəxsin olduğunu bildiriblər.

Mühafizəçilər heyvanın 4 aydır ki, xəstəxananın qabağında durduğunu və sanki birini gözlədiyini açıqlayıblar.

İtin bu sadiqliyi eşidənləri dəhşətə gətirir.

Sərdar Məmmədov / Metbuat.az

Afrin əməliyyatında Türkiyə ordusunun - 46 hərbçisi şəhid olub - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR