Boş bilinən məzardan 2500 il sonra...

Avstraliyada illərlə boş bilinən məzardan 2500 illik mumya çıxdı.

Metbuat.az xəbər verir ki, Avstraliyanın Sidney Universiteti nəzdindəki Nikolson muzeyində 150 ildir boş olduğu bilinən Misir sarkofağından mumya qalıntıları çıxıb.

Arxeoloq Jamie Fraser keçən il açdıqları sarkofaqda tapdıqları mumyalanmış qalıntıların təxminən 2500 il əvvələ aid olduğunu açıqlayıb.

Qalıntıların ayaq sümüyünə aid olduğunu bildirən Fraser “Daha əvvəl Misir məzarı heç açmadım. Gördüyümüz mənzərə inanılmaz dərəcədə təəcübləndiricidir” deyib.

Fraser sarkofaqdakı heroqlif yazılara əsasən, mumyanın eradan əvvəl 600-cü ildə yaşayan Mer-Neith-it-es adlı bir qadına aid ola biləcəyini bildirib.

Sarkofaq Avstraliyaya 1860- cı ildə Misir və İtaliyaya səyahət üçün gəlmiş Sir Charles Nikolson tərəfindən gətirilib və bağışlanarkən içi boş olaraq qeydə alınıb.

Günay Sadıxova/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR