Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Nardaranda cəbbəxana aşkar edildi - Bu qədər silah-sursat nə üçündür? - FOTO

DİN-dən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.
Nardaranda cəbbəxana aşkar edildi - Bu qədər silah-sursat nə üçündür? - FOTO
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Ə.Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyusunda gizlətdiyini bildirib.
Nardaranda cəbbəxana aşkar edildi - Bu qədər silah-sursat nə üçündür? - FOTO
Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, 12 metr dərinliyində olan quyudan 1 ədəd sandıqçasında 20 ədəd patron olan "Kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb.

Nardaranda cəbbəxana aşkar edildi - Bu qədər silah-sursat nə üçündür? - FOTO

42-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyev tutularaq bölməyə gətirilib.

Nardaranda cəbbəxana aşkar edildi - Bu qədər silah-sursat nə üçündür? - FOTO

Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış zamanı torpağa basdırılan 1 ədəd "Karabin" markalı yivli tüfəng, 1 ədəd "Makarov" markalı tapança, 2 ədəd F-1 əl qumbarası və alışqanı, 1 ədəd "AK 74" avtomatına məxsus süngü bıçağı, həmçinin 65 ədəd müxtəlif növ patron aşkar olunaraq götürülüb.

Nardaranda cəbbəxana aşkar edildi - Bu qədər silah-sursat nə üçündür? - FOTO

Qeyd edilən faktlarla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Pünhan Mirzə

Milli.Az