Play Store

Radikal müxalifətin sıraları seyrəlir - Növbəti mitinq biabırçılığı - VİDEO

Radikal müxalifətin sıraları seyrəlir - Növbəti mitinq biabırçılığı - VİDEO
19:52 14 Aprel 2018
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Şura adlandırılan quruma daxil olan radikal partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri növbəti mitinq də öz monotonluğu, təkrarçılığı ilə əvvəlkilərindən seçilmədi. Bundan əvvəl keçirdikləri mitinqdə səsləndirdikləri yeknəsək şuarlar və antimilli mövqe növbəti dəfə də sərgiləndi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, üç siaysi partiya, bir neçə QHT və bir neçə radikal gənclər təşkilatlarının birgə mitinqində cəmi 1000 nəfərin olması bu ünsürlərin siyasi fiaskosunu göstərdi. Əli Kərimlinin, Cəmil Həsənlinin, Arif Hacılının mitinq öncəsi sponsor dəstəkli bəlagətli çagırışları da işə yaramadı. Ən maraqlısı da odur ki, bu dəfə də azsaylı tərəfdarlarının qarşısında yeni heç nə demədilər. Prezident seçkilərinin nəticələri ilə bağlı sayıqlamaları və "qiymətləndirmələri" bu ünsürlərin siyasi korafəhmliyini təsdiqlədi.
Seçkidə iştirak etmədən, seçkiyə namizəd olaraq qatılmadan radikal partiya mənsublarının arqumentsiz, əsassız, təkrar çıxışlarına belə qulaq asan olmadı. Belə ki, mitinq başlayandan aksiya iştirakçıları ənənələrinə sadiq qalaraq selfi çəkdirir, sosial şəbəkələr üçün şəkil bazalarını artırmaqla məşğul idilər. Tribunadan Əli Kərimlinin hava şəraitinin yağmurlu olmasını əsas gətirərək qohum-əqrabasını acizanə şəkilə bir az da qalmağı xahiş etməsi də nəticəyə təsir etmədi. Selfi seriyasını tamamalayan hər kəs öz iştirakını bununla başa çatmış hesab etdi. Mitinq başlayandan qısa bir müddət sonra antimilli qüvvələrin 200 tərəfdarı "Məhsul" stadionunu tərk etdilər.
Sual olunur sosial sifarişin olmadığı, ciddı elektoratın müşahidə edilmədiyi və eyni məzmunlu çıxışlardan ibarət mitinq şousu nəyə lazımdır? Təkrarçı və monoton mitinq radikal müxalifət kəsiminin bundan sonra siyasi mövcudluqlarını da sual altına alır. Sosial şəbəkələrdə ardı-arası kəsilmədən hakimiyyət əleyhinə qara piar kampaniyası aparan və Avropadakı antimilli qüvvələrlə eyni mövqedə olan bu ünsürlər 14 aprel mitinqdəki biabırçılıqdan sonra birdəfəlik siyasi səhnəni tərk etmək barədə düşünməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/642375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR