4 il əvvəl yoxa çıxan Malaziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin axtarışları zamanı xilasedicilər 1800-ci illərə aid iki gəminin qalıqlarına rast gəlib.
Metbuat.az-ın məlumatına görə, nəqliyyat vasitələri Avstraliya sahillərindən 2300 km məsafədə tapılıb. Gəmilərdən ticarət məqsədiylə istifadə edildiyi güman edilir. Qəzaya uğradığı ehtimal edilən gəmilərdə hadisə zamanı ümumilikdə 60-a qədər heyət üzvünün olduğu güman edilir.
Qeyd edək ki, 2014-cü ildə göyərtəsində 239 sərnişinin olduğu təyyarə Kuala-Lumpurdan Pekinə uçarkən yoxa çıxıb.
Sübhan / METBUAT.az