Təzə Pir məscidində "Exo" qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.
Vida mərasimində mərhumun yaxınları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Elmira Axundova, Elçin Şıxlı, Arif Əliyev və digər jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida görüşündən sonra Rauf Talışinskinin cənazəsi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq. (apa)