Təcavüzə məruz qalan gənc qıza

İstanbulda yaşayan 18 yaşlı Ş. S 3 il əvvəl atasının istəyi ilə atasının dostu olan 70 yaşlı Ş. E-nin paltarlarını ütüləmək üçün evinə gedib.

Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir müddət sonra Ş. E evinə gəlib və qapını kilidləyib. Gənc qız onunla birlikdə olmaq istəyən yaşlı adama müqavimət göstərib. Daha sonra yaşlı adam “ səni Münevver Karabulut kimi öldürərəm” deyərək qıza hədə-qorxu gəlib. Ş.S-nin bütün yalvarışlarına baxmayaraq gənc qıza təcavüz edib.

Daha sonra gənc qız başına gələn hadisəni atasına danışıb. Atası qızının Ş. E ilə evlənməsini istəyib. Təcavüzçü ilə evlənməsinə etiraz edən qız şikayətçi olub.

Gənc qız ifadəsində bu səbəbə görə, anasının atasından boşanmaq istədiyini deyərək “ təcavüzə məruz qaldığım gün atamın pulu yox idi. Amma həmin gecə anama 500 Tl pul verdi. Bu pulu atama Ş. E-nin verdiyini düşünürəm” deyə bildirib.

Prokukorluq Ş. E haqqında cinayət işi açıb. 12 ildən az olmamaqla həbsi tələb olunan Ş. E Anadolu 5-ci ağır məhkəməsində hakim qarşısına çıxacaq.

https://metbuat.az/news/954938/gizem-karacanin-evi...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR