Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Rostov" səfərdə "Ural"la qarşılaşıb. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

90 dəqiqə meydanda olan Quliyev məhsuldar ötürmə müəllifi olub. Ayaz 49-cu dəqiqədə fərqlənən Aleksey İonovo qol ötürməsi edib. 61-ci dəqiqədə isə Ayaz sarı vərəqə ilə cəzalanıb.

"Rostov" geridə qalan 7 turdan sonra 14 xalla 2-ci pillədə qərarlaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ayaz Quliyevdən qol ötürməsi, "Rostov"dan heç-heçə - VİDEO 17.09.2018 Урал - Ростов - 1:1. Обзор матча