Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov" səfərdə "Lokomotiv"in qonağı olub. Matç moskvalıların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Ayaz Quliyev oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, görüşün 31-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
11 turdan sonra hər iki komandanın 18 xalı var. Əlavə göstəricilərə görə "Lokomotiv" 4-cü, "Rostov" isə 5-ci pillıdı qərarlaşıb.
"Lokomotiv" - "Rostov" 2:1
Qollar: Anton Mirançuk, 26, Saba Kverkvelya, 60 - Sverrir Inqason, 27
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: