Türkiyədə hitlərə imza atan və fərqli obrazı ilə diqqət çəkən müğənni Aleyna Tilki məşhur futbolçu Devid Bekhemin oğlu Bruklinin də diqqətini çəkib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqram-da 11 milyon 400 min izləyicisi olan Bruklin gənc ifaçını izləməyə başlayıb.
Tilki də Bekhem ailəsinin üzvünə qarşılıq verərək ona "follow" atıb. Hər iki tanınmışın bir-birini izləməsi xarici KİV-lərin də diqqətindən yayınmayıb, bu barədə xəbər dərc ediblər.
Milli.Az