Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində "Qalatasaray" doğma meydanda "Fənərbağça" ilə 2:2 hesablı heç-heçə edib.

Milli.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim jurnalistlərin suallarını cavablandırıb. Təctübəli mütəxəssis hakimlikdən narazı olduğunu bildirib:

"İlk 45 dəqiqəni və ikinci hissənin əvvəlini mükəmməl oynadıq. Bu gün sözlərimi çox rahat deyəcəyəm. Çünki indiyə qədər hakimlərlə əlaqəli heç nə danışmamışam.

Əgər meydanın mərkəzində Onyekurunun penaltidən öncə təmiz aldığı topda foul varsa, ikinci qoldan əvvəl top Belhandadan auta çıxdısa, mən üzr istəməyə hazıram.

Mənim camiəmin, komandamın, futbolçularımın, azarkeşlərimin haqqını heç kim yeyə bilməz. Yedirtmərik. Biz böyük "Qalatasaray" klubuyuq.

VAR-da keçən həftə Barış Şimşək var idi, bu oyunda da odur. Deməli Barış Şimşək bu VAR-ın professorudur. Şimşək ötən mövsüm burada bizi ofsayddan vurulan qolla kubokdan elədi. Deməli başqa VAR yoxdur.

Deyirik ki, hakimlər haqda danışmayaq. Amma olmur. Qoldan öncəki aut bizim idi. Epizod baş verdikdə dayanırsan, heç nə etmirsən. Biz meydana girib "VAR-a bax deyirik", ona da yox deyirsən. Amma bizim əleyhimizə epizod olanda həmin an VAR-a baxırsan.

Siz bu işi ağlınızla həll edə bilmirsiz deyə, VAR sistemi gəldi. Bunun üçün dünyanın xərci çəkildi. Amma onunla da həll edə bilmirsiz.".

Elçin
Milli.Az