1990-cı illərdə dünyaca məşhur olmuş "Spice Girls" qrupu yenidən bir araya gəlir.
Milli.Az The Sun-a istinadən bildirir ki, qrup üzvləri "bərpa" barədə gələn həftənin bazar ertəsi açıqlama yayacaq, sonra Britaniya üzrə konsert turnesinə başlayacaqlar.
Qrup üzvləri bununla bağlı videomüraciət də hazırlayıblar.
Noyabrın 11-də isə Ceri Horner, Melani Çişolm, Melani Braun və Emma Banton tanınmış teleaparıcı və şoumen Conatan Rossun şousunda birləşmə barədə açıqlama ilə çıxış edəcəklər.

Lakin qrupun tərkibində "Posh" kimi tanınan Viktoriya Bekhem olmayacaq.
"Mel Bi" kimi tanınan 43 yaşlı Melani Braun Hellouin bayramı münasibətilə Haydi Klumun təşkil etdiyi partiyə qatılarkən Viktoriya Bekhemə sataşıb.
O, üzündə Viktoriya Bekhemin siması olan maskada və "Yox, mən tura çıxmaq istəmirəm" yazılmış plakatda idi. Onu erməni sevgilisi Qeri Madatyan müşayiət edirdi. Madatyan özünü Devid Bekhemə bənzətmiş və əlində "Lütfən, bunu "Spice Girls" fanatları üçnü et!" yazılmış plakat tutmuşdu.
Milli.Az