Boradigah qəsəbəsi haqda çox şey bilmirəm, çünki Moskvada anadan olmuşam. 5 yaşımdan "Spartak"ın akademiyasında oynamışam. Lənkəranda isə çox az olmuşam. Onu bilirəm ki, cənub bölgəsidir, havası çox istidir. Atam oradan gəlib.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri "Rostov"un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev deyib. Rusiyanın matctv.ru saytına geniş müsahibə verən futbolçu atasının Moskvaya gəlişindən də danışıb:

"Ailəmiz,yumşaq desək, kiçik deyil. Təkcə atamgil 7 qardaşdırlar. Hamısı bir yerdə yaşayıb, ona görə də Moskvaya uyğunlaşmaq asan olub. Bir-birilərinə kömək ediblər. Əlbəttə, ilk vaxtlar pul qazanmaq çətin olub, amma sonradan bir yolunu tapıb öhdəsindən gəliblər. İndi daşınmaz əmlak alqı-satqısı və kiçik bizneslə məşğul olurlar".

Ayaz tərbiyəli böyüməsində atasının rolunun böyük olduğunu bildirib: "Atam heç vaxt arxayınlaşmağıma imkan verməyib, məni tərbiyəli böyüdüb. Daim məni inkişaf etməyə, yaxşı təhsil almağa məcbur edib".

Həmyerlimiz bir dəfə başına gələn xoşagəlməz hadisəni də xatırlayıb: "Bu barədə necə danışacağımı bilmirəm. İndi yadıma düşdü, bir dəfə dostlarla həyətdə gəzirdik. 2 nəfər söz atdı, elə əsəbləşdim ki, onları evlərinə qədər qovdum. Hətta mənzilə daxil olub, pnevmatik tapançadan atəş açmağa başladım. Həmin vaxt balaca idim, heç nəyi dərk etmirdim".

Milli.Az